Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metroda üç cütlük evləndi

Metroda üç cütlük evləndi

Tarix: 13 Mart 2023 20:30

Ötən gecə Moskva metrosunun "Mayakovskaya" stansiyasında üç cütlük ailə həyatı qurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şəhərin Nəqliyyat Departamenti məlumat yayıb.

Sərnişinləri narahat etməmək üçün mərasimlər gecə saatlarında keçirilib.

Qurumdan bildirilib ki, cütlüklərdən biri şair Vladimir Mayakovskinin yaradıcılığına olan sevgilərinə görə nikah üçün qeyd olunan stansiyanı seçib. Məlumata görə, metroda mərasimlər Moskvanın qeydiyyat şöbələri ilə əməkdaşlıq çərçivəsində standart protokol əsasında həyata keçirilib.

Milli.Az


Etiketlər:  Metroda üç cütlük evləndi


RƏYLƏR