Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şakira Pike haqqında mahnı yazmasının səbəbini açıqladı

Şakira Pike haqqında mahnı yazmasının səbəbini açıqladı

Tarix: 14 Mart 2023 04:22

Məşhur kolumbiyalı müğənni Şakira keçmiş sevgilisi, ispaniyalı futbolçu Jerar Pike haqqında mahnı ifa etməsinin səbəbini açıqlayıb.

"Bu mahnının gözəlliyi ondadır ki, o, bir çox qadının himninə çevrilib. Ayrıldıqdan sonra çox çətin bir il yaşadım. Bu mahnını yazmaq mənim üçün çox vacib idi, eyni şeyi yaşayan qadınlardan çoxlu dəstək hiss etdim", - deyə müğənni bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd edək ki, yanvarın 12-də müğənni Şakira keçmiş sevgilisi Pikeyə həsr olunmuş "BZRP Music Sessions #53" adlı yeni mahnısı təqdim edib. Mahnı əsasən futbolçu və onun yeni sevgilisi Klaranı lağa qoyur, onları mənfi tərəfdən nümayiş etdirir.

Milli.Az


Etiketlər:  Şakira Pike haqqında mahnı yazmasının səbəbini açıqladı


RƏYLƏR