Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərhədçilərlə görüşlər keçirildi - FOTO

Sərhədçilərlə görüşlər keçirildi - FOTO

Tarix: 16 Mart 2023 16:34

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər planına uyğun olaraq, 16 mart 2022-ci il tarixdə Sərhəd Qoşunlarının Qubadlı və Zaqatala rayonları ərazisində yerləşən hərbi hissələrində şəxsi heyətlə görüşlər keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonxeber.net Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən bildirir ki, tədbirlər zamanı şəxsi heyət Novruz bayramı münasibətilə təbrik edilib, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkə sərhədlərinin etibarlı mühafizəsinin ən yüksək tələblər səviyyəsində təşkil olunması istiqamətində əldə edilmiş nailiyyətlər vurğulanıb.

Çıxışlar zamanı cinayət hadisələrinin qarşısının alınması, qanunvericiliyin tələblərinə riayət edilməsi, hərbi intizamın möhkəmləndirilməsi mövzularında şəxsi heyətə müvafiq tövsiyələr verilib.

Tədbirlərdə iştirak edən rəsmi şəxslər hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər.


Etiketlər:  Sərhədçilərlə görüşlər keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ