Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

37 yaşlı İrina görünüşünə görə tənqid olundu - FOTO

37 yaşlı İrina görünüşünə görə tənqid olundu - FOTO

Tarix: 17 Mart 2023 04:45

Fevral ayı boyunca rus əsilli dünya şöhrətli supermodel İrina Şeykin iştirakı ilə bir sıra şəhərlərdə məşhur Moda Həftələri keçirilib. Supermodel bir çox dizaynerlər üçün ilham mənbəyi kimi çıxış edib. Məhz buna görə də bütün yüksək səviyyəli moda gecələri və dəfilələr supermodelin iştirakı ilə baş tutub. Lakin İrina son halı və görünüşü ilə "ağızlarda saqqız" olub. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sosial şəbəkə əhli Şeykin şəkillərini diqqətlə incələyəndə onun çox yorğun, arıqlayaraq "bir iynəyə sap" olmasını və ən əsası üzündəki təbəssümünün olmadığını yazaraq, halında narahatlıq keçirdiyini yazıblar. 

İrinanın üzündəki kədərli ifadəni zarafata salsalar da, bəziləri onun sağlamlıq vəziyyətindən ciddi şəkildə narahat olublar.

İzləyicilər "Sən nə zamansa gülürsən?", "Yorulmusunuz?", "Üzündə psixlik əlaməti var", "Gülümsəmək lazımdır", "İrina son illər çox kədərlənir", "İstirahət etmək və ya ümumiyyətlə işləmək lazım deyil" supermodelin yayımladığı fotolara şərh yazıblar.  

Qeyd edək ki, dizaynerlər 37 yaşlı İrina Şeykin olduqca gözəl və cazibədar göründüyünü bildiriblər.  Onlar podium ulduzunun sağlam incəliyi onun peşəsi üçün olduqca təbii olduğunu söyləyiblər.

Milli.Az


Etiketlər:  yaşlı İrina görünüşünə görə tənqid olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ