Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2023 07:54
Ulduz futbolçu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodrigez ilk dəfə doğuş zamanı övladını itirməsindən danışıb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə öz həyatından bəhs edən sənədli filmdə çıxış edib.
"40 milyon izləyicim var. Ancaq heç kim əslində nə hiss etdiyimi bilmir. Həyatımın həm yaxşı, həm də pis günləri olub. Həyat davam edir. Yaşamaq üçün güclü səbəblərim var. Kris məni çox cəsarətləndirir. Mənə həyatın davam etdiyini bildirərək təsəlli edir", - Ronaldunun sevgilisi deyib.
O, bu barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.