Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus bombaları obyektiv reallığı dəyişməyəcək - Zelenski

Rus bombaları obyektiv reallığı dəyişməyəcək - Zelenski

Tarix: 17 Mart 2023 08:12

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Latviyanın Baş naziri Krisjanis Karins ilə görüşüb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Zelenski özü məlumat yayıb.

Dövlət başçısı bildirib ki, Ukrayna həmişə Avropa olub və rus bombaları ukraynalıların müdafiə etdiyi obyektiv reallığı dəyişməyəcək:

"Mən Kiyevdə Latviyanın baş naziri ilə görüşdüm. Dövlətimiz üçün yeni müdafiə paketinə, bütün səviyyələrdə - silahdan siyasətə, Rusiyaya qarşı sanksiyalardan hüquqi məsələlərə qədər prinsipial dəstəyə görə təşəkkür etdim. Biz daim xarici siyasətimizin iki yönü - Avropa və Avroatlantik istiqamətləri üzərində işləyirik".


Etiketlər:  bombaları obyektiv reallığı dəyişməyəcək Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ