Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Damcılı suvarma sistemləri neçəyə başa gəlir? - VİDEO

Damcılı suvarma sistemləri neçəyə başa gəlir? - VİDEO

Tarix: 18 Mart 2023 16:34

Son günlər su qıtlığı və suya qənaət məsələlərinin ciddi müzakirə edilməsi müasir suvarma sistemlərinin tətbiqini aktuallaşdırır.

Xezerxeber.az-ın məlumatına görə, damcılı suvarma sistemlərinin satışını həyata keçirən şirkətlərdən birinin müdiri, aqronom Ahmet Arslan bildirir ki, son illər fermerlər müasir suvarma sistemlərinə maraq göstərirlər.

Suvarma sistemi üçün lazım olan qurğu isə müxtəlif qiymətə təklif edilir.

Mütəxəssis deyir ki, ənənəvi üsulla müqayisədə su itkisinə yol verilmir, dərman və gübrələr sahəyə daha effektiv formada səpələnir.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyib ki, dövlət də müasir suvarma sistemlərinin tətbiqində maraqlıdır. Buna görə də bu sistemi sahələrində quran fermerlərə dövlət tərəfindən subsidiya verilir.

Bu suvarma üsulunda torpaqda eroziya prosesi baş vermir, qrunt sularının  səviyyəsi su itkiləri olmadığından dəyişməz qalır, torpaqda təkrar şorlaşmanın qarşısı alınır. Su birbaşa bitkinin  kök sisteminə verilir, bununla da kökətrafı zonada bərabər şəkildə paylanması təmin olunur.

Xezerxeber.az mövzu ilə daha ətaraflı videomaterilı təqdim edir:

Milli.Az


Etiketlər:  Damcılı suvarma sistemləri neçəyə başa gəlir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ