Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2023 17:38
Mart ayının 18-də Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Mədəniyyət Mərkəzində xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyindəki əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra "Sərhədçi" Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanmış konsert proqramı təqdim edilib.
Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestri, "NUR" vokal-instrumental ansamblının solistləri Azərbaycan və əcnəbi bəstəkarların musiqi əsərlərini, xalq mahnılarını ifa etmiş, mədəniyyət mərkəzinin rəqs qrupu milli rəqslərimizdən ibarət maraqlı repertuarla çıxış edib.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev "Sərhədçi" Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi ilə görüşüb, onlara fəaliyyətlərində nailiyyətlər arzulayıb.