Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2023 23:25
"Bir il olar ki, xəstəliyimdən xəbərdar oldum. Dedim ki, Allahın imtahanı, qismətidir. Hər şeyimi sənətə bəxş etmişəm: sağlamlığımı, var-dövlətimi, qazandığım pulları. Mənim üçün xalqın alqışı önəmlidir".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri əməkdar artist Aygün Bəylər qonaq olduğu "Günaydın Azərbaycan!" səhər şousunda deyib.
Yaşamağın çətin olduğunu söyləyən sənətçi xəstəliyindən söz açıb:
"Bu xəstəliyi Allah verdi ki, göstərsin xalqın duaları ilə səni həyata qaytardım. Yaşamaq çox çətindir. O ki qaldı sənətçi üçün. Çəkilişlərə qaçıram, baxıram ciyərim, başqa yerim ağrayır. Amma deyirəm, eybi yox, xalq dua edəcək və sağalacağam".
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Aygün Bəylər aylar əvvəl Türkiyədə bir neçə dəfə müalicə alaraq bu xəstəliyə qalib gəldiyini açıqlamışdı.