Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2023 15:32
Almaniyanın məşhur Noysel abbatlığı yeni pivə hazırlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, yeni pivə tərkib etibarı ilə klassik pivədən fərqlənmir. Onun yeganə fərqi toz şəklində olmasıdır.
Pivəni hazırlayanların iddiasına görə, bu yolla istehsal zamanı yaranan istixana qazlarını 5% azaltmaq mümkündür. Ən əsası isə, uzaq ölkələrə daşınma xərcləri 10-20 dəfə azala bilər.
Tozdan pivənin hazırlanması da asandır. 1 qaşıq toz 1 stəkan suya əlavə edilib qarışdırılır. 1 dəqiqə sonra pivə hazırdır.
Abbatlıq hələlik alkoqolsuz pivənin toz formasını hazırlaya bilib. Yaxın gələcəkdə ənənəvi pivənin də bu variantı ərsəyə gətiriləcək.