Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2023 21:58
Edinburqda gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Şotlandiya Təcili Yardım Xidməti məlumat yayıb.
Qeyd edilib ki, 21 nəfər xəstəxanaya çatdırılıb, 12 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Gəmi sağ tərəfə 45 dərəcə bucaq altında əyildikdən sonra "Leithdə" yerləşən "Imperial Dock"da (İmperator Limanı) böyük bir xilasetmə əməliyyatı başladılıb.
Hadisə yerinə mütəxəssislər, təcili yardım maşınları, yanğınsöndürmə qrupları və polis cəlb edilib.