Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

Tarix: 24 Mart 2023 08:57

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı general Sərdar Məhəmməd Pakpur Azərbaycan və Ermənistanla həmsərhəd rayonlardakı bölmələrin yerləşdiyi ərazilərə baş çəkib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İan mediası məlumat yayıb.

Məlumata görə, general hərbçilərlə söhbət edib, onların döyüş hazırlığının, sayıqlığının və mənəvi-psixoloji hazırlığının səviyyəsini qiymətləndirib. Pakpur gecə-gündüz taktiki təlimlərinə də qatılıb.

"Təhlükəsizlik məsələsi soyuq, isti, bayram, iş günləri bilmir. Biz maksimum ayıq-sayıq və hazır olmalıyıq. Bu məsələlərə hər zaman ciddi diqqət yetirməliyik", - deyə o, qoşunlara müraciətində deyib.

Qeyd edək ki, ötən gün İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi də Azərbaycanla həmsərhəd Xudafərin bölgəsinə gəlmişdi.


Etiketlər:  SEPAH daha komandanı sərhədimizə gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ