Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2023 19:32
Rusiya və ya Çinlə silahlı münaqişə ABŞ üçün qaçılmaz deyil.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.
Millinin fikrincə, həm Çin, həm də Rusiya ABŞ-ın maraqlarını təhdid edə bilər:
"Lakin bu dövlətlərlə müharibə qaçılmaz deyil. Böyük dövlətlərlə toqquşmamaq imkanı İkinci Dünya müharibəsindən sonra formalaşmış nizamı qorumaqdır".
General ABŞ və müttəfiqlərinin hərbi potensialının vacibliyini də qeyd edib.