Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koreya nüvə başlıqlı pilotsuz qayığını sınaqdan keçirdi

Koreya nüvə başlıqlı pilotsuz qayığını sınaqdan keçirdi

Tarix: 24 Mart 2023 20:32

Şimali Koreya yeni sualtı nüvə başlıqlı pilotsuz aparatını sınaqdan keçirdiyini açıqlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

"Hail" pilotsuz sistemi qəfil hücumlar, sualtı partlayışdan istifadə edərək genişmiqyaslı radioaktiv dalğa yaratmaqla dəniz zərbə qruplarının və əməliyyat limanlarının məhv edilməsi üçün istifadə oluna bilər.

Məlumata görə, sınaqlar zamanı pilotsuz qayıq 80-150 metr dərinlikdə 59 saatdan çox suda olub və şərq sahillərində partlayıb.

Şimali Koreya bu sınaqların ABŞ və Cənubi Koreyanın düşmənçilik təlimlərinə birbaşa cavab olduğunu qeyd edir.

Milli.Az


Etiketlər:  Koreya nüvə başlıqlı pilotsuz qayığını sınaqdan keçirdi


RƏYLƏR