Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qardaş Köməyi platforması” nümayəndə heyəti növbəti dəfə Türkiyədə - FOTO

“Qardaş Köməyi platforması” nümayəndə heyəti növbəti dəfə Türkiyədə - FOTO

Tarix: 25 Mart 2023 18:24

Türkiyədə fevralın altısında baş verən dağıdıcı zəlzələdən sonra kömək məqsədilə təsis edilən "Qardaş Köməyi platforması" nümayəndə heyəti növbəti dəfə qardaş ölkəyə, zəlzələ bölgəsinə səfər edib.

Bu barədə TurkicWorld -a platformadan daxil olan məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, zəlzələ bölgəsinə səfər 22-25 mart tarixlərində həyata keçirilib.

"Səfərin müqəddəs Ramazan ayında edilməsi heç də təsadüfi deyil. Zəlzələdən əziyyət çəkən qardaşlarımız bilsinlər ki , hər zaman onların yanındayır. Qardaş Köməyi platforması olaraq Ramazan ayının birindən etibarən Kahramanmaraş vilayətinin Türkoğlu rayonunun "Qardaş köməyi" məhəlləsində bir neçə gün ərzində ilkin mərhələdə 3000 nəfər üçün iftar süfrəsi açılacaq. Zəlzələdən əziyyət çəkən qardaşlarımız üçün iftar proqramlarının Ramazan ayı boyunca davam etdirilməsi də nəzərdə tutulub"-deyə məlumatda bildirilir.

Məlumatda o da qeyd olunub ki, platforma nümayəndə heyətinin zəlzələ bölgəsinə səfəri zamanı faciənin fəsadları ilə daha yaxından tanış olublar.

Məlumat üçün bildirək ki, paltforma nümayəndə heyəti daha öncə də, Türkiyəyə zəlzələ bölgəsinə səfər edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Zəlzələ nəticəsində ölənlərin sayı sayı 50 mini keçib.

Qeyd edək ki, "Qardaş Köməyi" platforması bu il fevralın səkkizində təsis olunub.


Etiketlər:  Qardaş Köməyi platforması nümayəndə heyəti növbəti dəfə Türkiyədə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ