Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toral Bayramov "Qalatasaray"a transfer olunur? - Direktordan AÇIQLAMA

Toral Bayramov

Tarix: 27 Mart 2023 13:10

"Qarabağ"ın futbolçusu Toral Bayramovun "Qalatasaray"a transfer olunması ilə bağlı xəbərlər yayılıb.

Milli.Az xəbər verir ki, Manset.az məsələ ilə bağlı "Qarabağ" Futbol Klubunun direktoru Emrah Çelikəl ilə əlaqə saxlayıb.

O, açıqlamasında yayılan məlumatın doğru olmadığını bildirib:

"Biz klub prezidenti və ya hansısa menecerlə bu haqda danışıqlar aparmamışıq. Bununla bağlı bizə hər hansısa müraciət olmayıb.Yayılan məlumatlar doğru deyil. Bir çox mövzu müzakirə edilib. Onlardan biri də "Qarabağ"la "Qalatasaray"ın İstanbulda baş tutacaq oyunu ilə bağlı idi. Yaxın vaxtda oyunun tarixi ilə bağlı məlumatlar veriləcək. Qarşıda "Qalatasaray"la böyük işbirliyi gözlənilir".

Milli.Az


Etiketlər:  Toral Bayramov Qalatasaraya transfer olunur Direktordan AÇIQLAMA


RƏYLƏR