Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2023 23:14
Qərb Ukrayna qüvvələrinin uzaqmənzilli raketlərlə əks-hücumunu dəstəkləməsə, Ukrayna Silahlı Qüvvələri üçün ölümcül itkilər olacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç bildirib.
"Əgər belə imkanlarımız olsa, o qədər də hazırlıqlı olmayan qoşunlarla da uğurla hücuma keçə bilərik", - Arestoviç söyləyib.
O, əks-hücumların davamlı olacağına işarə edib:
"Bütün ehtimal ki, qarşıdan gələn əks-hücum sonuncu olmayacaq, ona görə də növbəti üçün köməyə ehtiyacımız olacaq".