Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2023 17:56
Günəşin səthində 31 mart tarixinə qədər Günəş küləyini Yerə doğru istiqamətləndirə biləcək nəhəng "dəlik" peyda olub.
Bu, son vaxtlarda peyda olan ikinci "dəlik"dir. Bu yaxınlarda Günəşdə Yerdən 30 dəfə böyük olan tac "dəliyi" aşkar edilmişdi.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Koronar "dəlik"lər kosmosa Günəş küləyi buraxır ki, bu da peyklərə zərər verə və Yerdə qütb parıltılarına səbəb ola bilər.
Alimlərin fikrincə, yeni "dəlik" Günəşin ekvatoruna yaxın ərazidə yerləşir.
Günəş təxminən hər 11 ildən bir baş verən pik aktivliyinə yaxınlaşdıqca, bu "dəlik"lərin Günəş ekvatoru yaxınlığında görünmə ehtimalı artır.
Alimlərin fikrincə, tac "dəlik"ləri saniyədə 800 kilometrdən də sürətli Günəş küləklərinə səbəb ola bilər.