Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anasının mumiyalanmış cəsədi ilə 13 il televizora baxdı

Anasının mumiyalanmış cəsədi ilə 13 il televizora baxdı

Tarix: 31 Mart 2023 03:24

Polşada Marian adlı kişi anasının mumiyası ilə illərlə yaşayıb, divanda oturaraq onunla  televizora baxıb. 

Qadının meyiti Marianın kürəkəni onu ziyarət etmək qərarına gələndə tapılıb. O, kişinin özünü qəribə apardığını görüb və təcili yardım çağırmaq qərarına gəlib. Gələn həkimlər polşalının evinə girib və divanda uzanmış meyit tapıblar.  

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, DNT analizi nəticəsində cəsədin Marianın 2010-cu ildə dünyasını dəyişən anasına məxsus olduğu ortaya çıxıb. 

Məlumata görə, qadın 13 il əvvəl dünyasını dəyişib. Marian bu itkinin ağırlığına tab gətirə bilməyib, nəhayət qadını məzarından çıxarıb. Anasının mumiyalanmış cəsədini "mükəmməl vəziyyətdə" saxlayan  76 yaşlı kişi televizora baxarkən onunla danışıb. 

Yerli sakinlər təqaüdçünün tək yaşadığını və insanlarla təmasdan qaçdığını bildiriblər. 

Kişi həbs edilib və meyiti təhqir etməkdə ittiham olunub. Qadının cəsədi yenidən basdırılıb. 

Milli.Az


Etiketlər:  Anasının mumiyalanmış cəsədi ilə 13 il televizora baxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ