Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış futbolçu canlı yayım zamanı mini aritmiya keçirib - VİDEO

Tanınmış futbolçu canlı yayım zamanı mini aritmiya keçirib - VİDEO

Tarix: 31 Mart 2023 13:56

Argentinanın tanınmış futbolçusu Serxio Aquero canlı yayım zamanı mini aritmiya (ürəyin normal ritminin pozulması - red.) keçirib.

Sonxeber.net Report-a istinadən xəbər verir ki, sabiq hücumçu verilişin aparıcısı ilə söhbət zamanı anidən özünü narahat hiss edib.

Əlini sinəsinə qoyaraq susan Aquero bir qədər sonra ürək ritmində dəyişiklik yarandığını bildirib. Həkim müayinəsindən sonra o, səhhətinin qaydasında olduğunu deyib: "Mini aritmiya keçirdim. Belə vəziyyətdə köməyə ehtiyac olub-olmadığını müəyyən edən çip var. Həkimlər hər şeyin qaydasında olduğunu dedilər".

Qeyd edək ki, Serxio Aquero 2021-ci ilin yayında İspaniya klubu "Barselona"ya keçsə də, cəmi dörd ay sonra ürəyində yaranan problemə görə karyerasını bitirib.


Etiketlər:  Tanınmış futbolçu canlı yayım zamanı mini aritmiya keçirib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ