Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elza efirdə mahnısını axıra kimi ifa edə bilmədi: Əlini sərt şəkildə royala vurdu - VİDEO

Elza efirdə mahnısını axıra kimi ifa edə bilmədi: Əlini sərt şəkildə royala vurdu - VİDEO

Tarix: 1 Aprel 2023 12:40

Əməkdar artist Elza Seyidcahan canlı efirdə göz yaşlarına boğulub.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Gül kimi" axşam şousunda martın 22-də avtoqəza nəticəsində dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevdən söz açıb.

Bu xəbərdən böyük sarsıntı keçirən Elza royal qarşısına keçərək "Son vida" mahnısını canlı şəkildə ifa etməyə başlayıb.

Lakin qəhər onun səsini batırıb. O, göz yaşı içində nəğmənin sözlərini belə dilə gətirməkdə çətinlik çəkib və yalnız ifasını royalda davam etdirib. Seyidcahan hisslərinə hakim kəsilə bilmədiyi üçün əllərini sərt şəkildə royalın üzərinə vuraraq, ağlayıb.

Bununla da proqram yekunlaşıb.

Milli.Az


Etiketlər:  Elza efirdə mahnısını axıra kimi ifa edə bilmədi Əlini sərt şəkildə royala vurdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ