Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2019 22:20
La Liqanın 10-cu turunda keçiriləcək "Barselona" - "Real" matçının vaxtı hələ də dəqiqləşməyib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən oktyabrın 26-ı oynanılacaq matç təxirə salınsa da, yeni vaxtla bağlı La Liqa rəhbərliyi ilə klublar arasında fikir ayrılığı yaranıb.
"Barselona" və "Real" görüşün dekabrın 18-i keçirilməsini istəsə də, La Liqa rəhbərliyi buna narazıdır. Qurum eyni tarixdə İspaniya kubokundə görüşlər olacağı üçün "El Klassiko"nun dekabrın 4-ü oynanılmasını istəyir. La Liqa rəhbərliyi hesab edir ki, "Barselona" və "Real" arasında matç dekabrın 18-i oynanılacağı təqdirdə, kubokda oynayacaq digər klublara maddi ziyan dəyə bilər. Bundan başqa, qurum "El Klassiko"nun həftəsonu keçirilməsinin tərəfdarıdır.
Klublar və La Liqa arasında fikir ayrılığının yaxın günlərdə həll olunacağı gözlənilir.