Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2023 00:00
Vitamin çatışmazlığı orqanizmdə bir çox xəstəliklərə səbəb olur. B12 çatışmazlığı anemiyaya, D vitamini çatışmazlığı yorğunluğa və daimi zəifliyə səbəb ola bilər. Fiziki və ruhi sağlamlığı qorumaq üçün vitaminləri düzgün və uyğun miqdarda qəbul etmək vacibdir.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bədənin bütün orqan və sistemlərinə təsir edən vitaminlərin qeyri-kafi qəbulu müxtəlif əks-təsirlərə səbəb olur.
Vitamin çatışmazlığı yaşamamaq üçün balanslı qidalanmalı, tərəvəz və meyvələrə üstünlük verilməlidir.
A vitamininin qəbulu vacibdir. A vitaminin çatışmazlığı mütəlif xəstəliklər xəstəliklərin yaranmasına səbəb ola bilər.
1. Görmə pozğunluqları baş verir.
2. Dərini qurudur, saç və dırnaqların qırılması baş verir.
3. İnfeksiyalara qarşı müqavimət azalır və yorğunluq yaranır.
4. Dodaqlarda yaralar və dildə qızartılar yaradır.
Hər gün tərəvəz və meyvə yemək kifayət qədər A vitamini almağa kömək edir.
Bəs, lazım olduğundan artıq qəbul edilərsə, orqanizmdə nə baş verər?
1. Qaraciyərin böyüməsi,
2. Dəridə soyulma,
3. Sinir sistemində pozğunluqlar,
4. Ovucda və ayaq altlarında rəng dəyişikliyi,
5. Ürək bulanması