Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən sutka 20 yanğına çıxış olub, 9 nəfər xilas edilib - VİDEO

Ötən sutka 20 yanğına çıxış olub, 9 nəfər xilas edilib - VİDEO

Tarix: 5 Aprel 2023 15:54

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 2-si azyaşlı olmaqla 9 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Milli.Az


Etiketlər:  Ötən sutka 20 yanğına çıxış olub 9 nəfər xilas edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ