Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənninin “YouTube” kanalının baxış sayı 1 milyardı ötüb - FOTO

Azərbaycanlı müğənninin “YouTube” kanalının baxış sayı 1 milyardı ötüb - FOTO

Tarix: 6 Aprel 2023 09:40

Müğənni Üzeyir Mehtizadənin "YouTube" kanalı "Uzeyir Mehdizade Official" bu platformada baxış sayı 1 milyardı keçən ilk Azərbaycan rəsmi kanalı olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2,06 milyon abunəçisi olan kanalda 311 video yerləşdirilib.

Qeyd edək ki, 2020-ci ilin yanvarında "YouTube" video portalı kanal abunəçilərinin sayı 1 milyona çatan Ü.Mehtizadəni "qızıl düymə" ilə mükafatlandırıb.

Xatırladaq ki, Ü.Mehtizadə 1992-ci il mayın 19-da anadan olub. İfaçının ondan çox albomu buraxılıb. O, Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və başqa ölkələrdə solo konsertlər verib.

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənninin YouTube kanalının baxış sayı 1 milyardı ötüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ