Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Halal ay''da haram iş görənlərin qurbanı olmayın... VİDEO

''Halal ay''da haram iş görənlərin qurbanı olmayın... VİDEO

Tarix: 6 Aprel 2023 15:50

Xezerxeber.az məlumat verir ki, son günlərdə Azərbaycanın vatsap istifadəçilərinə müxtəlif hesablardan bu cür fırıldaqçı mesajlar gəlməyə başlayıb. Eyni zamanda müxtəlif linklər vasitəsilə hansısa məhsuldan daha ucuz qiymətə yararlanmaq təklifedilir.

İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Tariyel Ağazadə "Xəbər Ertəsi"nə bildirir ki, vətəndaşlar belə kiberdələduzlara qarşı diqqətli  olmalıdırlar.

Xüsusilə mobil operatorların rəsmi nömrələrindən gəlməyən mesajlar oxunmadan silinməlidir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,mütəxəssis həmçinin deyir ki, göndərilən linkdən də kampaniyanın saxtalığını müəyyənləşdirmək mümkündür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron təhlükəsizlik xidmətinin əməkdaşı Ləman Hüseynzadə hazırda bu formada iki cür kiberdələduzluğun yayıldığını bildirir. Belə ki, istifadəçilərə həm Ramazan ayı ilə əlaqədar internet paketi təklif olunur,  həm də tanınmış market şəbəkələri adından müəyyən vəsait qazanmaq vəd edilir.

Ləman Hüseynzadə bu məlumatların həqiqiliyini yoxlamaq üçün vətəndaşlara qurumun xidmətlərindən yararlanmağı tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Halal ayda haram görənlərin qurbanı olmayın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ