Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fənərbağça” yarımfinala darmadağınla yüksəldi - VİDEO

“Fənərbağça” yarımfinala darmadağınla yüksəldi - VİDEO

Tarix: 7 Aprel 2023 13:54

Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, bu gün daha bir görüş baş tutub.

"Fənərbağça" doğma meydanda "Kayserispor"la qarşılaşıb. İstanbul təmsilçisi darmadağınla qalib gələrək yarımfinala yüksəlib.

Daha öncə "Ankaragücü" və "Başakşəhər" də yarımfinala vəsiqə qazanmışdılar. "Sivasspor" isə oynamadan yarımfinala yüksəlib. Buna "Qaziantep"in Türkiyədəki zəlzələdən sonra bu mövsümün qalan hissəsində oynamaqdan imtina etməsi səbəb olub.

Beləliklə, "Ankaragücü" yarımfinalda "Başakşəhər"lə, "Fənərbağça" isə "Sivasspor"la qarşılaşacaq.

Yarımfinal görüşləri də ev-səfər prinsipi ilə keçiriləcək. Bu mərhələnin oyunları may ayında baş tutacaq.

Türkiyə kuboku
1/4 final
4 aprel

Sivasspor - Qaziantep +:-

Ankaragücü - Trabzonspor 3:1
Qol: Sou, 51; 83. Diak, 68 - A.Ömür, 22.

5 aprel

Qalatasaray - Başakşəhər 2:3
Qol: K.Ayhan, 20. M.İkardi, 51 - P.Şiş, 12; 66. D.Alekşiç, 30.

6 aprel

Fənərbağça - Kayserispor 4:1
Qol: E.Mor, 8; 42. S.Dursun, 58. A.Güler, 90 - D.Kolovetsios, 18.


Etiketlər:  Fənərbağça yarımfinala darmadağınla yüksəldi VİDEO


RƏYLƏR