Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İbrahimoviç klubsuz qalacaq?

İbrahimoviç klubsuz qalacaq?

Tarix: 8 Aprel 2023 18:52

"Milan"ın növbəti mövsüm üçün transfer planları məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İtaliya A Seriyası klubu bir neçə futbolçu ilə yolları ayıracaq. Onlardan biri Zlatan İbrahimoviçdir. İsveçli forvardla müddəti başa çatacaq müqavilə yenilənməyəcək. Buna 41 yaşlı hücumçunun tez-tez zədələnməsi səbəb olub.

Bundan başqa, Divok Origi də rəhbərliyin növbəti mövsüm üçün planlarına daxil deyil. Əvəzində Rafael Leau və Olivye Jiru ilə yeni müqavilələr imzalanacaq.

"Milan" heyətinə mərkəz hücumçusu, sağ vinger və dayaq yarımmüdafiəçisi cəlb etməyə çalışacaq.

Milli.Az


Etiketlər:  İbrahimoviç klubsuz qalacaq


RƏYLƏR