Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səudiyyənin kosmik missiyası kosmosa nə vaxt gedir?

Səudiyyənin kosmik missiyası kosmosa nə vaxt gedir?

Tarix: 8 Aprel 2023 21:32

Səudiyyə Ərəbistanının iki astronavtdan ibarət Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək kosmik missiyasının fəzaya buraxılması tarixi açıqlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı Səudiyyə Ərəbistanının Kosmik Komissiyası, NASA, "SpeysX" və "Axiom Space" şirkətlərinin Ər-Riyadda keçirilən birgə mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, ilk milli astronavt proqramının üzvləri olan Əli əl-Qarni və Rayyana Bərnavinin daxil olduqları "Axiom-2" missiyası mayın 8-də ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən kosmik fəzaya göndəriləcək. Onları təcrübəli amerikalı astronavtlar Peqi Uitson və Con Şofner müşayiət edəcəklər.

Milli.Az


Etiketlər:  Səudiyyənin kosmik missiyası kosmosa vaxt gedir


RƏYLƏR