Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kitab almağa imkan, oxumağa həvəs var? - VİDEO

Kitab almağa imkan, oxumağa həvəs var? - VİDEO

Tarix: 12 Aprel 2023 19:14

Şəhərin bir çox mağazalarında kitablar vətəndaşların zövqünü oxşasa da, qiymətləri ciblərə uyğun gəlmir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, xüsusilə də bədii əsərlərə təyin olunan məbləğlərin kifayət qədər yüksək olduğu bildirilir.

"Xəbər Ertəsi" bununla bağlı sorğu keçirdib.

Yazıçı Əlisa Nicat isə Azərbaycanda kitabların qiymətini yüksək hesab etmir.

Xaricdən gətirilənlərin ölkədəki kitablarla müqayisədə ucuz olmasını isə Azərbaycanda kitaba tələbatın azlığı ilə əlaqələndirir.

Nəşriyyatlardan birinin sahibi Şahbaz Xuduoğlunun sözlərinə görə, hazırda kitabların orta qiyməti 8-10 manat civarındadır. Satışa çıxarılan kitabın qiyməti onun redaktəsindən, səhifə sayından, dilindən, tərcüməsindən və ona sərf olunan xammaldan asılı olaraq dəyişir.

Şahbaz Xuduoğlu kitabların qiymətinin 1 aydan bir dəyişdiyini deyir.

O,  həmçinin vurğulayır ki, kitabların hazırlanmasında istifadə olunan materiallar bahalaşdıqca qiymətlərə də təsir edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Kitab almağa imkan oxumağa həvəs var VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ