Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 17:48
Bu gün imzaladığımız Bəyannamə ilə biz strateji tərəfdaşa çevrilmişik.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
"Bu Bəyannamə bizə imkan verəcək ki, daha sıx siyasi dialoq həyata keçirək, eyni zamanda, daha səmərəli iqtisadi əməkdaşlıq edək. Bunun sayəsində biz - işgüzar dairələr, dövlət qurumları həm iqtisadi mənfəət görəcəyik, eyni zamanda, təhlükəsizlik sahəsində də əməkdaşlıq başlanılacaq", - deyə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bildirib.