Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2019 22:28
"Bu oyuna həqiqətən ciddi hazırlamışdıq. Komanda olaraq qələbəyə inanırdıq. Futbolçularda istəyi görürdük".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 8-ci turunda səfərdə "Səbail"ə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 2:0 hesablı qələbəni belə şərh edib: "Oyundan oyuna daha yaxşı oluruq, ancaq qələbə lazım idi. Bu zaman özünəinam artır. Oyunun gedişatı göstərdi ki, "Səbail" yaxşı komandadır. Rəqib bizə son 15 dəqiqədə çətinlik yaşatdı. İkinci dövrəyə qələbəylə başlamaq həqiqətən yaxşıdır".