Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2023 19:50
Ermənistanda 44 günlük müharibə zamanı özünü xəstə kimi göstərməkdə ittiham edilən polkovnik rütbəli hərbi hissə komandirinin müavini həbs edilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
"İbtidai istintaq zamanı bölmə komandirinin müavininin ölkədə elan olunmuş hərbi vəziyyət şəraitində oktyabrın 10-dan noyabrın 3-dək "xəstələnərək", tibb müəssisəsində stasionar müalicədə qalması barədə məlumat əldə edilib. Ona qarşı ittiham elan edilib, məhkəmənin qərarına əsasən o, iki ay müddətinə həbs olunub", - məlumatda deyilir.