Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2023 18:14
Aprelin 20-də, Cənub yarımkürəsində Ay təxminən 76 saniyə ərzində tamamilə Günəşin qarşısını kəsəcək və tam bir Günəş tutulmasını izləmək imkanı yaranacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hibrid Günəş tutulmasını bu tarixdə Cənub yarımkürəsində müşahidə etmək mümkün olacaq. Dünyanın hər yerindən bu təbiət hadisəsini izləmək üçün həvəskarlar Qərbi Avstraliya, Timor Leste və Qərbi Papuaya səyahət edirlər. Tutulma yalnız Cənub yarımkürəsində görünəcək.
Aprel ayında çox nadir görünən bu hibrid tutulma başlanğıcda adətən dairəvi şəkil alır, daha sonra Ay tamamilə Günəşin qarşısına keçir və tam tutulma gerçəkləşir.