Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xalq artistidir, iki sözü ard-arda oxuya bilmir'' - Tanınmış müğənni

''Xalq artistidir, iki sözü ard-arda oxuya bilmir'' - Tanınmış müğənni

Tarix: 20 Aprel 2023 09:50

"Müğənni ayrı şeydir, oxuyan ayrı şey. Müğənni müğənni olmalıdır, oxuyan da oxuyan. Bunların bir-birindən çox böyük fərqi var. Müğənni professional, təhsilli, dünyagörüşlü olmalıdır. Kim əlinə mikrofon alırsa, studiyaya gedib mahnı oxuyur. 90 faiz estradamızdakı müğənnilərin səsi yoxdur. Hətta başqalarının səsi ilə oxuyanlar da var. Elələri var ki, düşünür ki, qoy efirə çıxım, məni görsünlər, bəlkə kimsə mənə sponsorluq edəcək? Heç vaxt həyatım boyu acından ölməmişəm, ucuz musiqinin də arxasınca qaçmamışam. Məqsədim odur ki, insanlar düzgün musiqini dinləsinlər. Mən milyoner olmaq, villalar qazanmaq arzusunda deyiləm. İstəyirəm ki, düzgün sənətlə məşğul olum, belə də yaşayım. Mən toy oxuya bilməzdim ki?! Savadlı musiqini dinləyən yoxdur. Mən öz repertuarımı oxuyuram toylarda. Toy sənəti televiziya sənətindən ayrılmalıdır"

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni İntiqam Kərimov deyib.

"Mən xalq artisti tanıyıram ki, iki sözü ard-arda oxuya bilmir, oxuduğu da başdan-ayağa xaricdir. Xalq artisti olmaq, sənətkar olmaq demək deyil. Elə xalq artistləri var ki, onlar ümumiyyətlə efirə çıxmamalıdırlar. Vaxt var idi ki, indi xalq artisti olmuş bəzi sənətkarlara studiyada vaxt vermirdilər ki, zapis etsin. Mən amma opera tamaşaları oxuyurdum. Beynəlxalq müsabiqələrdə çıxış edib, Azərbaycana diplomlar gətirmişəm. Onların mənim yanımda sənətdən danışmağa, oxumağa üzləri yoxdur. Yeni bir şey meydana çıxıb. Bir sözdə 4 dəfə nəfəs alırlar. Sözdə nəfəs almaq olmaz. Cümlə var, cümlənin qurulması var. Biz axı azərbaycanlıyıq. Cümlə quruluşu var, vurğunun yeri var. Mən istədiyim kimi oxuyuramsa, o nədir elə? İlk növbədə mən Azərbaycan dilini zəhərləyirəm, pis günə qoyuram, sonra da musiqisini" deyə sənətkar bildirib.

İntiqam Kərimov vaxtilə Rusiyada fəaliyyət göstərdiyini də bildirib.

"Hərbi xidmətdən əvvəl də qrupumuz var idi, orada oxuyurdum. Hərbi xidmətdə olanda geyimimi geyindim, öz-özümə Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnısını oxumağa başladım. Bir də gördüm ki, məni hərbi orkestrin solisti ediblər. 2 il oxudum. Bir dəfə oradakı konsertdə o vaxtkı Mədəniyyət Nazirimiz Zakir Bağırov mənim səsimi eşidib, dedi ki, "oğlum milli kadrsan, gəl, səndən ötrü bütün şərait yaradacağıq". Azərbaycana gəldim, bir müddət keçdi Zakir müəllim özü rəhmətə getdi. 1982-ci ildə artıq efirlərə çıxırdım" deyə müğənni bildirib.

"Hansı məşhur müğənnilərlə çalışmısınız?" sualına isə müğənni belə cavab verib.

"Samir Piriyev, Ceyhun Bakinskiyə müəllimlik etmişəm. Sevda Yəhyayevanın səsini 3-4 ay cilalayıb, yerinə oturtmuşam. Yanıma elə insan gəlib ki, danışmağı bacarmayıb, həkimin məsləhəti ilə vokala dərsə gəlib. O insan bu dəqiqə bütün toylarda master-klass göstərir" deyə İntiqam Kərimov bildirib.


Etiketlər:  Xalq artistidir sözü arda oxuya bilmir Tanınmış müğənni


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ