Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2023 14:34
"Öncədən ödəniş et, tikinti başa çatdıqdan sonra isə geniş və komfortlu mənzilin olsun". Üstəlik "ödəyəcəyin məbləğ də büdcənizə uyğundur".
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, belə elanlarla hər kəs qarşılaşıb. Bu da mənzil almaq istəyənləri seçim arasında qoyur.
"Bəs hazır evləri, yoxsa tikintisi başa çatmayan və ya bünövrəsi yenicə qoyulan binalardakı mənzilləri almaq sərfəlidir?"
Tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan deyir ki, təmiri başa çatmayan mənzillə, tam təmirlisi arasında 30 faizə qədər qiymət fərqi var. Ekspertin fikincə tikiliməkdə olan binadan ev almaq sərfəli olduğu qədər də risqlidir.
Onun sözlərinə görə, təmirsiz binalarda mənzil alışı həm də fırılddaqçılığ hallarına yol açır. Yəni öncədən ödəniş edən şəxs tikinti başa çatdıqdan sonra ona təqdim olunan evin başqa şəxslərə də satıldığını görür. Həmçinin tikinti işləri bəzən vəd edilən vaxtdan gec başa çatdırılır. Ekspert deyir ki, yarımçıq binada mənzilllərin 1 kvadratı 900, 1000 manatdan başlayırsa, hazır binalarda bu məbləğ 1400 manatdan yuxarıdır.
" Tikintisi tam başa çatan binalardan mənzil almaq daha məqsəduyğundur"
"Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.