Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis polkovnik-leytenantı yeni vəzifəyə təyin edildi

Polis polkovnik-leytenantı yeni vəzifəyə təyin edildi

Tarix: 21 Aprel 2023 20:26

Daxili işlər orqanlarında yeni təyinat olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Atik Cəlilzadə vəzifədən azad edilib.

Nazirin digər əmri ilə Atik Cəlilzadə Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, A.Cəlilzadə bundan əvvəl Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Cibgirlik Cinayətlərinə qarşı Mübarizə Şöbəsinin də rəisi vəzifəsində çalışıb.

Milli.Az


Etiketlər:  Polis polkovnik leytenantı yeni vəzifəyə təyin edildi


RƏYLƏR