Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2023 22:20
Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
Anar Əsədliyə qarşı Cinayət Məcəllisinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb. Barəsində məhkəmə qərarı ilə 2 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, A.Əsədli ötən günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilmişdi.