Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspaniya Ukraynaya “Leopard” tankları göndərib

İspaniya Ukraynaya “Leopard” tankları göndərib

Tarix: 22 Aprel 2023 15:12

İspaniya Ukraynaya təmir edilmiş 6 "Leopard" tankı göndərib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, bu hərbi texnikanın olduğu gəmi Santander dəniz limanından Polşaya yola düşüb. Daha sonra tanklar Kiyevə təhvil veriləcək.

Xatırladaq ki, daha əvvəl İspaniyanın müdafiə naziri Marqarita Robles bildirmişdi ki, bu tanklar aprelin sonuna qədər Ukraynaya təhvil verilməlidir. İspaniya daha 4 "Leopard" tankını Kiyevə təhvil verməyi planlaşdırır.

Milli.Az


Etiketlər:  İspaniya Ukraynaya Leopard tankları göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ