Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2019 14:00
Bakı. Trend:
Rusiya İstehlakçılar İttifaqının ekspert mərkəzi ölkədə istehlak olunan qara çay brendlərinin tədqiqatını aparıb.
Trend-in məlumatına görə, 50-dən çox parametrə əsasən aparılan tədqiqat zamanı 7 müxtəlif brend araşdırılıb.
Qeyd olunur ki, çayın tərkibində olan xeyirli tanin maddəsinin tərkibinə görə ən yaxşı çaylar “Akbar”, “Riston”, “Lipton” və “Almanax” brendləri hesab olunub.
Araşdırmalarda, həmçinin “Krepkie traditsii”, “Tess” və “Beta” çayları da iştirak edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin