Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sudanda Misir səfirliyinin əməkdaşı güllələnib

Sudanda Misir səfirliyinin əməkdaşı güllələnib

Tarix: 23 Aprel 2023 13:50

Misirin Sudandakı səfirliyinin əməkdaşı güllə yarası alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Misir səfirliyinin bir əməkdaşı güllə yarası alıb və bu, Sudandakı vətəndaşlarımızın və nümayəndəliyimizin üzvlərinin təhlükəsizliyini təmin etmək üçün maksimum diqqət göstərməyin zəruriliyini bir daha təsdiqləyir", - XİN-in bəyanatında deyilir.

Misir səfirliyinin əməkdaşının vəzifəsi və xəsarət dərəcəsi barədə məlumat verilmir.

Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə ilə nizami ordu bölmələri arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır. Cümə günü hər iki tərəf Ramazan bayramı münasibətilə atəşkəs elan edib.

Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600 nəfərə çatdığını bildirib.

Milli.Az


Etiketlər:  Sudanda Misir səfirliyinin əməkdaşı güllələnib


RƏYLƏR