Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 19:42
Çin alimləri Marsın bütün səthinin ilk xəritəsini təqdim ediblər. Bunun üçün alimlər "Tyanven-1" kosmik zondu tərəfindən toplanan məlumatlardan istifadə ediblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, fotolar Çin Milli Kosmik İdarəsi və Çin Elmlər Akademiyası tərəfindən Hefeydə keçirilən birgə mərasimdə təqdim edilib.
Qeyd edilir ki, panoramlar 2021-ci ilin noyabrından 2022-ci ilin iyuluna qədər zondun Marsda çəkdiyi 14 757 şəkildən yaradılıb. Qurğu 2021-ci ilin fevralında Marsın orbitinə çıxmazdan əvvəl təxminən 475 milyon kilometr məsafə qət edib və trayektoriya üzrə bir neçə manevr edib.
Bu, Çinin Qırmızı Planeti araşdırmaq üçün ilk proqramıdır və 2022-ci ildə başlayıb. Həmin vaxt Marsa orbit aparatı və "Çjujun" roveri ilə eniş platforması buraxılıb.
Elmi proqramın növbəti mərhələsi Marsda relyef formalarının tədqiqi olacaq.