Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 20:28
İngiltərənin "Daily Star" nəşri dünyaca məşhur öngörücü Nostradamusun verdiyi proqnozları süni intellektlə təkmilləşdirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, son zamanlar ən populyar tətbiqlərdən olan süni intellekt platforması ChatGPT və məşhur öngörücü Nostradamusun məlumatları birləşdirilib.
Nəticədə "Nostradamus" süni intellekti bu məlumatlar əsasında gələcəkdə 2099-cu ilə qədər baş verəcək 7 hadisə barədə proqnoz verib.
"Nostradamus" süni intellektinin verdiyi məlumatlara görə, tezliklə xərçəngin müalicəsi tapılacaq. Nostradamus kimi qədim üslubda yazılmış bu proqnozda xərçəngin xəstəliyinin 2031-ci ildə müalicə oluna biləcəyi qeyd edilib. "Dünya 2031-ci ildə daha əvvəl heç şahid olmadığı bir şey görəcək. Xərçəngin müalicəsi tapılacaq. Bu, tibbi inqilab olacaq", - deyə süni intellekt bildirib.
"Nostradamus" süni intellekti 2050-ci ildə kəskin iqlim dəyişikliklərinin baş verəcəyini və bunun insanların həyatına mənfi təsir göstərəcəyini deyib.
ChatGPT 2060-cı ildə süni intellektin təkamül edəcəyini, robotların və maşınların özlərini daha da təkmilləşdirəcəyini bildirib. "Süni intellekt inkişaf edəcək və bir inqilab yaşanacaq. Robotlar və maşınlar daha ağıllı olacaq və bütün dünyada sənaye sahəsini yenidən formalaşdıracaq. İş yerləri itiriləcək və insanlar buna uyğunlaşmalı olacaq", - deyə o əlavə edib.
Süni intellekt iddia edib ki, 2074-cü ildə Marsa getmək yeni hədəfə çevriləcək və bu dövrdə orada məskunlaşma başlayacaq. "İnsanlar bu naməlum torpaqlarda çətinliklərlə qarşılaşacaqlar. Lakin uyğunlaşacaqlar", - deyə o qeyd edib.
Süni intellektin proqnozlarına görə, 2084-cü ildə kiborqlar real olacaq, insan və robotların qarışığı olan sistemlər elmi fantastika filmlərindən çıxaraq həyatın bir parçası olacaq.
ChatGPT 2085-ci ildə yeni epidemiyanın yayılacağını da iddia edib. O bildirib ki, hələlik bu xəstəliyin nə olduğunun bilinməsə də, bu xəstəlik səbəbilə dünyadakı bütün xalqlar əməkdaşlıq etməyə başlayacaq.
"Nostradamus" süni intellektinin verdiyi proqnozlara görə, 2099-cu il dünyada sülh ili olacaq.
O vurğulayıb ki, 21-ci əsrin sonunda Yer kürəsində sülh bərqərar olacaq. "Müharibə və zorakılıqla parçalanmış Yer kürəsində harmoniya yaranacaq və yeni bir həyat başlayacaq. Sərhədlər silinəcək, ayrılıqlar sona çatacaq", - deyə o şərh verib.