Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ruhəngizdən Elgizə: "Sən ulduz deyilsən" - VİDEO

Ruhəngizdən Elgizə:

Tarix: 26 Aprel 2023 04:30

"Bir nəfər mənə deyir ki, ulduz həyatı yaşamırsan. Sən deyə bilməzsən ki, ulduzam. Nifrət edirəm bu sözə. Mənim elə bir iddiam da yoxdur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O bildirib ki, bir həmkarı onun haqqında süjet hazırlayaraq, onu imkansız kimi təqdim etmək istəyib. 

Elgizin "Mənə deyir ki, ulduz deyilsən" sözlərinə Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Siz müğənnisiniz ki, ulduz olasınız? Yaxşı aparıcısan" reaksiyasını verib. 

Elgiz adını açıqlamadığı verilişin onunla bağlı yalan süjet hazırladığını bildirib:

"Niyə, aparıcı da ulduz olur. Mənə dedi ki, yeni tikili binada yaşamırsan, ona görə də ulduz deyilsən. Filan aparıcının şəhərdə 4 evi, maşınları var, o, ulduzdur. Başqa aparıcının adını çəkdi ki, şəhərdə obyektləri var, ulduzdur. Ay yetim, sən ulduz deyilsən, köhnə tikili binada qalırsan. Sonra bir verilişdə guya, məni başqa tərəfdən təqdim edirlər. Gediblər anamın Kubinkadakı evini çəkiblər. Yazıq, evi olmayan bir ab-hava yaratmaq istəyirlər. Anamın evi də plana düşüb, bir tərəfdən sökülüb. Deyirlər, Elgizin yaşadığı bina. Dedim ki, binanın üstü yox, bu nədir? Tamaşaçı deməyəcək, Elgiz yağışın altında oturur? Heç olmasa üstüörtülü yer tapardınız, camaatı ağladardınız. Plana düşmüş, sökülən binadır. Aparıcı gördü mən şok oldum, guya mənə təsəlli verir. Qayıtdı ki, zamanında mən də Bakıya gələndə zirzəmidə qalırdım".

Milli.Az


Etiketlər:  Ruhəngizdən Elgizə Sən ulduz deyilsən VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ