Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masazır su anbarında faciə - Elektrik cərəyanı montyoru vurub öldürdü

Masazır su anbarında faciə - Elektrik cərəyanı montyoru vurub öldürdü

Tarix: 21 Oktyabr 2019 20:12

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.

Trend-in məlumatına görə, hadisə Abşeron rayonunun Masazır qəsəbəsindəki Masazır - 82 su anbarında baş verib.

Abşeron rayonunun Mehdiabad qəsəbə sakini, 1994-cü il təvəllüdlü Yusifov Cahil Namiq oğlu işlədiyi su anbarında izoliyasiya işləri apararkən, kustar üsulla hazırlanmış, üzərinə projektor quraşdırılmış işıq dirəyinin yerini dəyişərkən onu elektrik cərəyanı vurub. C.Yusifov hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Masazır anbarında faciə Elektrik cərəyanı montyoru vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ