Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaddaş və diqqəti yaxşılaşdıran OTAQ BİTKİLƏRİ

Yaddaş və diqqəti yaxşılaşdıran OTAQ BİTKİLƏRİ

Tarix: 29 Aprel 2023 23:39

Ev bitkilər yalnız otağı bəzəməklə yanaşı, həm də insan orqanizminə müsbət təsir göstərə bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Edge Hill Universitetinin (Böyük Britaniya) bioloqu Sven Batke ən faydalı olan otaq bitkilərini açıqlayıb.

Ekspertin fikrincə, qapalı bitkilər otaqda karbon qazının konsentrasiyasını əhəmiyyətli dərəcədə azalda bilər. Mavi ulduz qıjıları, ağlayan əncirlər, hörümçək bitkiləri və antoryum növləri (məsələn, flaminqo çiçəyi) xüsusilə təsirlidir.

Yalnız bir saat ərzində yuxarıda göstərilən bitkilər karbon qazının konsentrasiyasını milyonda iki min hissədən milyonda təxminən 480 hissəyə qədər azaldır.

Eyni zamanda, alim qeyd edib ki, hətta adi ficus da insana təsəvvür etdiyindən qat-qat böyük təsir göstərə bilər. Bitki konsentrasiyanı 20 faiz, yaddaşı isə 15-20 faiz yaxşılaşdırır. Bundan əlavə, stress hormonu olan kortizolun istehsalını azaldaraq, narahat olan insanlara müsbət təsir göstərir.

Milli.Az


Etiketlər:  Yaddaş diqqəti yaxşılaşdıran OTAQ BİTKİLƏRİ


RƏYLƏR