Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər almaq niyyətindədir

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər almaq niyyətindədir

Tarix: 30 Aprel 2023 15:52

Böyük Britaniya hakimiyyəti Ukraynaya Dəstək Fondu çərçivəsində Kiyev üçün uzaqmənzilli raketlər və digər hərbi texnika almaq niyyətindədir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukraynanın "Klymenko Time" qəzeti yazıb.

Qeyd olunub ki, zərbə sistemləri üçün əsas tələblər 20-dən 490 kq-a qədər yüklə və 100-dən 300 km-ə qədər uçuş məsafəsi ilə qurudan və dənizdən raketlərin buraxılması qabiliyyətidir.

Məlumatda bildirilib ki, hazırda Ukraynaya Dəstək Fondunun ümumi dəyəri 520 milyon funt-sterlinqdən (650 milyon ABŞ dollarından çox - Red) çoxdur.

Milli.Az


Etiketlər:  Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər almaq niyyətindədir


RƏYLƏR