Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda motosikletçi qız faciəvi şəkildə öldü

Bakıda motosikletçi qız faciəvi şəkildə öldü

Tarix: 1 May 2023 09:58

Bakıda motosikletçi qız yol qəzası nəticəsində vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, gecə saat 02 radələrində Xətai rayonunun Zığ yolu küçəsində 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi moped naməlum şəraitdə qəzaya uğrayaraq aşıb. Nəticədə 21 yaşlı qız yıxılaraq qapalı kəllə-beyin travması alıb. 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən qız xəstəxanada vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsinə göndərilib.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Milli.Az


Etiketlər:  Bakıda motosikletçi qız faciəvi şəkildə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ