Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1-ci sinif şagirdini məktəbin qarşısında maşın vurub öldürdü

1-ci sinif şagirdini məktəbin qarşısında maşın vurub öldürdü

Tarix: 1 May 2023 10:46

Bakının Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, 1981-ci il təvəllüdlü Dədəcanov Elsevər Gülməli oğlu "Volkswagen" markalı avtomobillə Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada - 2016-cı il təvəllüdlü Məmmədov İbrahim Orxan oğlunu vurub.

Ağır xəsarət alan 7 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, vəfat edən 7 yaşlı İbrahim Məmmədov həmin məktəbin 1-ci sinif şagirdi olub.

Milli.Az


Etiketlər:  sinif şagirdini məktəbin qarşısında maşın vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ