Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda şok olay: 10-cu sinif şagirdi qız qaçırdı - YENİLƏNİB

Azərbaycanda şok olay: 10-cu sinif şagirdi qız qaçırdı - YENİLƏNİB

Tarix: 3 May 2023 23:28

23:28

Daxili İşlər Nazirliyi Tərtərdə məktəblinin qız qaçırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Nazirliyin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, Tərtər rayonunda 2007-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı məlumatlar doğru yayılmayıb: "Həmin şəxs barəsində digər xüsusatlar üzrə müvafiq ekspertiza təyin olunub, araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

---------

13:05

Tərtərdə 9-cu sinif şagirdi qız qaçırılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə kənd məktəblərin birində qeydə alınıb.

Belə ki, 10-cu sinif şağirdi oğlan 9-cu sinif şagirdi qızı evlənmək üçün qaçırıb.

Faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib.

Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazıda faktla bağlı araşdırma aparılır:

"Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. İstintaq tərəfindən araşdırma aparılır. Oğlanla qız arasında iki yaş fərq var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma gedi".

Milli.Az


Etiketlər:  Azərbaycanda şok olay 10 cu sinif şagirdi qız qaçırdı YENİLƏNİB


RƏYLƏR